Qızıl ucuzlaşdı
09:30 / 10.05.2016
1939
Amerika fond bazarında Dow Jones indeksi 0,20% - 17 705,91 bəndədək azalıb, S&P 500 0,08% - 2 058,69 bəndədək, NASDAQ 0,30% - 4 750,21 bəndədək artıb.
Sfera.az APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,18% - 6 114,81 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 1,12% - 9 980,49 bəndədək, Fransa CAC-40-ı 0,50% - 4 322,81 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,10 dollar ucuzlaşaraq 1 265,50 dollara, gümüş isə 0,05 dollar azalaraq 17,04 dollara satılıb.