Qeyri-neft sektorundan vergi yığımı artacaq - ŞƏRH

Qeyri-neft sektorundan vergi yığımı artacaq - ŞƏRH

Son 3 ildə iqtisadiyyatın şəffaflaşdırılması vergitutma bazasının genişlənməsinə və vergi yığımlarının artmasına səbəb olub. Bunun nəticəsidir ki, 2020-ci ildə güclü iqtisadi böhranın baş verməsinə baxmayaraq Dövlət Vergi Xidmətinin qeyri-neft sektoru üzrə vergi yığımlarında azalma qeydə alınmayıb.


Sfera.az bildirir ki, proqnozlara əsasən, 2021-ci ildə böhranlı vəziyyətin aradan qalxması ilə paralel olaraq qeyri-neft sektorundan vergi yığımlarında artım baş verəcək. Bu il Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektorundan 5,674 milyard manat vergi yığılması gözlənilir ki, bu da ötən ilə nisbətən 5 faiz çoxdur.

 

Qeyri-neft sektoru üzrə vergi gəlirlərinin artması hesabına onun Dövlət Vergi Xidmətin təmin etdiyi gəlirlərdə payı 78,3 faizə çatacaq.

 

Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə vergi gəlirlərində ən böyük pay əlavə dəyər vergisinə (ƏDV) aid olacaq. ƏDV üzrə vergi gəlirləri 1,815 milyard manat təşkil edəcək. 2020-ci illə müqayisə etdikdə görürük ki, bu il qeyri-neft sektoru üzrə ƏDV yığımı 178,5 milyon manat, yaxud 11 faiz artacaq.

 

Hüquqi şəxslərin mənfəət vergisi üzrə qeyri-neft sektorunun vergi yığımı 1,517 milyard manat proqnoz edilir. ƏDV-dən fərqli olaraq mənfəət vergisi üzrə daxilolma bir qədər azalacaq. Proqnoza əsasən mənfəət vergisi 23 milyon manat azalmalıdır. Azalmaya səbəb 2020-ci ildə qeyri-neft ÜDM-in gözlənilən realartım tempinin və koronavirus pandemiyası ilə əlaqədar zərər çəkən sahibkarlıq subyektlərinin gəlirlərinin azalmasının 2021-ci ildə nəzərə alınması ilə əlaqədardır.


Dövlət Vergi Xidməti qeyri-neft sektoru üzrə 424 milyon manat aksiz vergisi toplamağı proqnozlaşdırır. 2021-ci ildə aksiz vergisi üzrə Qeyri-neft sektoruüzrə aksiz vergisi ötən illə müqayisədə 109 milyon manat və ya 34,6 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 242,9 milyon manat və ya 2,3 dəfə çox nəzərdə tutulur.

 

Qeyri-neft sektoru üzrə aksizlərdə artım makroiqtisadi proqnozlara əsasən 2021-ci il üzrə ölkə daxilində aksizlimalların istehsal həcmlərinin, o cümlədənölkədaxili siqaret istehsalının artmasının proqnozlarda nəzərə alınması hesabına olub.


Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolma böyük olacaq. 2021-ci ildə fiziki şəxslərdən 1,15 milyard manat vergi toplanacaq. Gəlirlərin hesablanması zamanı növbəti ilin makroiqtisadi proqnozlarına müvafiq olaraqölkədə orta aylıq əmək haqqının 0,5 faizlik, nominal ifadədə isə 3,5 faizlikartımı nəzərə alınıb.

 

Gəlir vergisinin çox hissəsi qeyri-neft sektorunun payına düşəcək.

 

Dövlət Vergi Xidmət qeyri-neft sektoru üzrə gəlirlərin digər hissəsini sadələşdirilmiş, əmlak, mədən, torpaq, yol vergiləri hesabına təmin ediləcək.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.   Sfera.az xəbər verir ki, b...

Suraxanıda 2 mərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.   Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan i...