Bidzina İvanişvili siyasətdən getdi

Dünya
10:46 / 11.01.2021
1294
Gürcüstanda hakim partiyanın sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.
Sfera.az-ın məlumatına görə, bu barədə siyasətçinin yayımladığı məktubda deyilir.
O, öz məktubunda siyasi missiyasının başa çatdığını bildirib.
Qeyd edək ki, B.İvanişvili 2012-ci ildə Gürcüstanın baş naziri seçilmişdi, bir il sonra isə vəzifədən istefa verərək, hakim partiya sədri qismində fəaliyyətini davam etdirirdi.