Kolumbiyada güclü yanğın: Ölən və xəsarət alanlar var

Dünya
00:12 / 10.01.2021
8305
Kolumbiyanın şərqində baş verən güclü yanğın zamanı azı 7 nəfər həlak olub.
Sfera.az xarici mətbuata istinadənxəbər verir ki, hadisə şərqi Norte-de-Santander departamentinin Kukuta şəhərində baş verib. Alov üç evi və dörd avtomobili əhatə edib.
Yanğın nəticəsində yeddi nəfər hadisə yerində həlak olub, daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.
Kolumbiya Prezidenti İvan Duke özünün tvitterdəki səhifəsində həlak olanların ailəsinə başsağlığı verib.