BMT bu ölkəyə müşahidəçi göndərir

BMT bu ölkəyə müşahidəçi göndərir
BMT Liviyada atəşkəsə nəzarət etmək üçün müşahidəçi missiya göndərəcək.

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Liviyaya Dəstək Missiyası məlumat yayıb.

Bildirilir ki, Dəstək Missiyası ilə BMT nəzdində xüsusi təhlükəsizlik qrupu arasında iclas keçirilib.

İclasda atəşkəs rejiminin icrası prosesinin sürətləndirilməsi, Sirt-Əbu Qureyn yolunun açılması və təcili olaraq muzdluların ölkəni tərk etməsi üçün çağırışlar edilib.

Eyni zamanda, Liviyada atəşkəsə nəzarət etmək üçün müşahidəçi missiyanın göndəriləcəyi bildirilib.


OXŞAR XƏBƏRLƏR