Xəstəxana direktoru mənimsədiyi pulu geri qaytardı

Xəstəxana direktoru mənimsədiyi pulu geri qaytardı
Saatlı rayon Mərkəzi Xəstəxanasının direktorunun barəsində olan cinayət işinin materialları məhkəməyə göndərilib.

 

 

Saatlı rayon prokurorluğundan Sfera.az-a verilən məlumatda bildirilir ki, Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzrə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.


 

İstintaqla, Səidə Şahpələngovanın Fətəlikənd kənd sahə xəstəxanasının sabiq baş həkimi Cəməsəddin Əhmədov, həmin xəstəxanada həkim stomatoloq vəzifəsinə işə qəbul olunmuş oğlu Fuad Nəbiyev və baş həkim Səidə Cəlilova ilə xeyli miqdarda pul vəsaitini mənimsənilməsinə dair razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq Cəməsəddin Əhmədov və Səidə Cəlilovaya qanunsuz göstəriş verməklə tərtib olunmuş davamiyyət tabellərində Fuad Nəbiyevə əmək haqqı hesablanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək 13 min 706 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.


 

Bundan başqa, Saatlı rayonu Qara Nuru kənd Həkim məntəqəsinin sabiq müdiri İbrahiməjdər Hüseynovun tibb bacısı Aytac Əhədova tərəfindən faktiki olaraq görülməyən işlərə görə qanunsuz olaraq əmək haqqı köçürülməsi yolu ilə 2 min 646 manat məbləğdə pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsinə, Səidə Şahpələngovanın isə belə nəticənin baş verə biləcəyi imkanını görməyərək səhlənkarlıq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.


 

İş üzrə toplanmış sübutlar əsasında Səidə Şahpələngovaya Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq), Cəməsəddin Əhmədov, Səidə Cəlilova və İbrahiməjdər Hüseynova isə CM-nin 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.


 

Törədilmiş cinayətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

 


OXŞAR XƏBƏRLƏR

lham Əliyev Albaniyada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi B...

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...