Tramp “Twitter”in hesabını dondurmasına əsəbləşdi – Öz sosial şəbəkəsini yaradacaq

Tramp “Twitter”in hesabını dondurmasına əsəbləşdi – Öz sosial şəbəkəsini yaradacaq
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp "Twitter” hesabının həmişəlik bloklanması ilə əlaqədar vəziyyəti qiymətləndirib.

 

 

Sfera.az bildirir ki, Trampın administrasiyası tərəfindən yayımlanan bəyanatda deyilir:


"Siz bizi susdura bilməzsiniz! Bunun baş verəcəyini proqnozlaşdırmışdım. Müxtəlif saytlarla danışıqlar aparırıq və tezliklə böyük bir elan verəcəyik. Yaxın gələcəkdə öz platformamızı qurma ehtimalını da araşdırırıq”.


Onun sözlərinə görə, bu sosial şəbəkə "söz azadlığını qadağan etməkdə günü-gündən daha da irəli gedir”. Tramp həmçinin "Twitter”i demokratlar və "radikal sol”la işbirliyində günahlandırıb.


Qeyd edək ki, daha əvvəl "Twitter” "şiddətə təhrik riski” səbəbindən Trampın şəxsi hesabının həmişəlik dondurulduğunu elan etmişdi.


Trampın qərargahı buna etiraz olaraq sosial şəbəkənin loqotipinin qırmızı rəngli, üzərində oraq və çəkic olan variantını (kompozisiya SSRİ-nin bayrağını xatırladır) paylaşdı. Bundan sonra şirkət qərargahın hesabını da blokladı.

 


OXŞAR XƏBƏRLƏR