Dünyada koronavirusa yoluxanların sayı 771 mini keçdi

Dünya
00:00 / 09.01.2021
6716
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 771 mindən çox artıb.
Sfera.az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 771 527 nəfər yeni koronavirusa yoluxub, 13 696 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 86 749 940, ölənlərin isə 1 890 342 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.