İran körfəzdə yeraltı raket bazasını istifadəyə verdi

Dünya
16:04 / 08.01.2021
2408
İran İnqilab Keşikçiləri Qvardiyası körfəz sahilindəki yeraltı strateji raket bazasının fotosunu yayıb.
Sfera.az xəbər verir ki, bazanın fotosu Qvardiyaya məxsus "Sepah News” saytı paylaşıb.
Bu hərbi birləşmənin komandanı, general-mayor Hüseyn Salami bazanın açılış mərasimində deyib: "Məqsədimiz ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini, islam inqilabının nailiyyətlərini müdafiə etməkdir”.
Qeyd edək ki, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısına daxil edib.