Tərtər və Ağdaş sakinlərindən silah götürüldü

Kriminal
13:25 / 08.01.2021
2833
Tərtər və Ağdaş sakinlərində silah aşkarlanıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərinə baxış zamanı 5 ədəd "İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Bundan başqa, Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdən müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb.