Kapitoli polisi iğtişaşlarda yaralanmış əməkdaşının ölümünü təsdiqlədi

Kapitoli polisi iğtişaşlarda yaralanmış əməkdaşının ölümünü təsdiqlədi
Kapitoli polisi iğtişaşlar zamanı xəsarət almış əməkdaşının öldüyünü təsdiqləyib.

Sfera.az  xəbər verir ki, bu barədə "RİA Novosti” Kapitoli polisinin rəsmi açıqlamasına istinadən məlumat verib.

Daha əvvəl CNN telekanalı zabitin ölümü barədə məlumat versə də, hüquq-mühafizə orqanlarının əməkdaşları bunu təkzib etmişdi.

"Yanvarın 7-də axşamı təqribən saat 21:30-da Kapitoli polisi Brayan Siknik xidmətdə ikən – etirazçılarla mübarizə zamanı aldığı xəsarətlər nəticəsində vəfat edib”, - bəyanatda deyilir.

Bu, iğtişaşların ikinci qurbanıdır: daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin veteranı Eşli Bebbittin öldüyü bildirilmişdi. Daha 3 nəfər isə iğtişaşlar zamanı zorakılıqla bağlı olmayan səbəblərdən ölüb.

Xatırladaq ki, ABŞ-da iğtişaşlar yanvarın 6-da hazırkı prezident Donald Tramp tərəfdarlarının Konqresə basqınından sonra başlayıb. Nümayişçilər yekunda binaya soxulmağı bacarıb və nəticədə iclasdakı parlamentariləri təcili olaraq təxliyə etmək lazım gəlib. Kapitolidə qarşıdurmalar zamanı dörd nəfər ölüb. Ən sonunda Konqres toplantısı davam etdirilib və qanunvericilər demokrat Cozef Baydenin prezident seçkisini qazandığını təsdiqləyib. Yanvarın 20-də ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...