Karantin rejimini pozan 4 nəfər həbs edildi

Karantin rejimini pozan 4 nəfər həbs edildi
Dünən karantin rejimini pozan 4 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları müşahidə olunur.

Belə ki, 2021-ci il yanvarın 7-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2450 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3186 nəfər barəsində inzibati tənbeh, eləcə də 4 nəfər barəsində inzibati həbs tədbiri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 7 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. 6 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...