Bakıda alverçi qadın 140 min dollar \"atdılar\"
12:15 / 08.05.2016
3035
Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan qadın polisə müraciət edib.
Musavat.com-un məlumatına görə, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Sevinc Nuriyevapolisə müraciət edərək bildirib ki, onun şəriki olan şəxs qızıl-zinət əşyalarının satışından ona çatacaq 140 min dolları mənimsəyib.
S.Nuriyeva qeyd edib ki, 2015-ci ilin iyun ayında onun şəriki, 1975-ci il təvəllüdlü Əli Aliyevbirlikdə qızıl-zinət əşyalarının satışından əldə etdikləri 140 min dolları ona verməkdən imtina edib.
Şikayətlə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.