İspaniyada əhaliyə xəbərdarlıq edildi: Ən qarlı gün gəlir

Dünya
12:17 / 07.01.2021
981
İspaniyada əhaliyə soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Sfera.az "El Pais"ə istinadən xəbər verir ki, qarşıdakı günlərdə Filomena fırtınası səbəbindən İber yarımadasının böyük bir hissəsində kəskin yağış, qar və buzlu hava müşahidə olunacaq.
"Aemet" Hava Agentliyi cümə axşamı gününün İspaniyada son illərin ən qarlı günü olacağını açıqlayıb.
Hazırda dəniz səviyyəsindən 200 metr yüksəkliyi olan ərazilərdə və Əndəlusda qar yağıntısı davam edir. Madrid, Valensiya, Araqonun cənub hissəsi və Əndəlüsün şərqində yerdə qarın hündürlüyü 20-30 sm arasında dəyişir.
Kəskin soyuq hava şəraiti həftə sonuna qədər davam edəcək.