Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı

Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı
Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News” telekanalının hadisə yerində olan əməkdaşı bildirib.

Məlumata görə, onlardan biri ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı sinəsindən ağır xəsarət alan qadın da xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.
 
***
 
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Bu barədə Vaşinqton polisinin rəhbəri məlumat verib.



OXŞAR XƏBƏRLƏR