Braziliyada helikopter qəzaya uğradı, ölənlər var

Dünya
22:42 / 06.01.2021
2779
Braziliyada helikopter qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, bu barədə yerli G1 telekanalı məlumat yayıb.
Qəza nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar helikopterin sahibi və pilotu və sərnişinidir. Xilasedicilər onları qəzya uğramış helikopterdən çıxarsalar da, yaralıların həyatını xilas etmək mümkün olmayıb.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.