Asanj zaminə buraxılmadı

Dünya
21:40 / 06.01.2021
2721
Londonun Vestminster rayonunun Magistrlar Məhkəməsi "Wikileaks”in qurucusu Culian Assanjı girov müqabilində sərbəst buraxmaqdan imtina edib
Sfera.az xəbər verir ki, Assanj daha əvvəllər girov müqabilində sərbəst buraxılma şərtlərini pozduğuna görə azadlığa çıxa bilməyib. Məhkəmə eyni əsaslarla vəkillərin əvvəlki bütün vəsatətlərini də rədd etmişdi.
İndi o, ABŞ-ın ekstradisiya ilə bağlı müraciəti üzrə apellyasiyaya baxılana qədər həbsdə qalacaq.
Xatırladaq ki, yanvarın 4-də London Mərkəzi Cinayət Məhkəməsi Assanjın ekstradisiyası ilə bağlı ABŞ hökumətinin iddiasını rədd etmişdi.