Tehrandan ABŞ-a verilən siqnal - İran nüvə məsələsində Baydenlə əməkdaşlığa hazırdır?

Tehrandan ABŞ-a verilən siqnal - İran nüvə məsələsində Baydenlə əməkdaşlığa hazırdır?

"Tehran bu addımı ilə Bayden hakimiyyətinıə yol açmaq istəyir, bir növ hadisələri qabaqlamağa çalışır”.


Bu sözləri Sfera.az-a açıqlamasında İranın uranı 20 faiz zənginləşdirməyə başladığı barədə məlumata münasibət bildirərkən politoloq Natiq Miri deyib.

Politoloq qeyd edib ki, İranın uranı zənginləşdirəcəyilə bağlı verdiyi açıqlama birbaşa ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsilə əlaqədardır:


"İran bilir ki, Tramp hakimiyyətindən fərqli olaraq Bayden Tehranla münasibətləri tənzimləmək istəyir. Tehran bir növ hadisələri qabaqlamaq istəyib. Çünki İran tərəfdən nüvənin 20 faiz zənginləşdirilməsi bu istiqamətdə qəbul edilən müqavilənin iştirakçısı olan Avropa Birliyi və ABŞ tərəfindən qəbul olunmur”.

 

Həmsöhbətimiz hesab edir ki, İranın bu addımı bir növ Bayden Hakimiyyəti ilə əməkdaşlıq siqnalıdır:

 

"Yəni İran bu açıqlaması ilə heç də uranı 20 faiz zənginləşdirmək niyyətini ortaya qoymayıb, sadəcə qabaqlayıcı addım olaraq belə bəyanat verib. Dolayısı ilə bu həm də ona mesajdır ki, Tehran nüvə müqaviləsi istiqamətində Bayden hakimiyyətilə əməkdaşlığa hazırdır.

 

Bunun arxasında İranın real olaraq uranı 20 faiz zənginləşdirmək niyyətinin olduğunu düşünmürəm. Çünki İran Qərbin buna imkan verməyəcəyini gözəl anlayır. Tehran anlayır ki, belə bir addım atarsa, bu əks reaksiya ilə İrana yönəlik sanksiyalar daha təsirli olacaq.

 

Ona görə düşünürəm ki, İranın bu hərəkəti sadəcə Bayden hakimiyyətini nüvə məsələsində gələcək əməkdaşlığa sövq etməyə yönəlik addımdır.Bununla İran həm də Bayden hakimiyyətinə yol açmış olur”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR