Koronavirusun yeni növü 41 ölkədə aşkarlanıb

Dünya
11:49 / 06.01.2021
1344
Koronavirusun İngiltərədə ortaya çıxan mutasiyaya uğramış növü artıq 41 ölkədə aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, bundan əlavə 6 ölkədə koronavirusun Cənubi Afrikada meydana gələn mutasiyaya uğramış növü təsbit edilib.
Xatırladaq ki, İngiltərədə SARS-CoV-2 koronavirusunun yeni bir mutasiyasının olduğu keçən ilin dekabrında açıqlanıb. Daha sonra Cənubi Afrikanın Səhiyyə Nazirliyi ölkədə genetik kodu 501.V2 olan yeni bir koronavirus mutasiyasının aşkarlandığını açıqlayıb.