ABŞ hərbçiləri və zərbə dronları Rumıniyada

ABŞ hərbçiləri və zərbə dronları Rumıniyada
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları Rumıniyanın Campia-Turziy şəhərindəki hava bazasında insansız kəşfiyyat hava vasitələri və təxminən 90 hərbi qulluqçu yerləşdirib.

Sfera.az xəbər verir ki, dronlar NATO əməliyyatlarına dəstək olaraq məlumat toplamaq, müşahidə etmək və kəşfiyyat aparmaq üçün yerləşdirilib. Komandanlıq pilotsuz təyyarələrin burada "uzun" müddət qalacağını bildirsə də, dəqiq müddət göstərilməyib.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandiri General Cefri Harriqan bu strateji məkanda pilotsuz aparatların yerləşdirilməsinin müttəfiqləri və tərəfdaşları təşviq etdiyini və ortaya çıxan hər bir təhdidə cavab veriləcəyini rəqiblərə açıq şəkildə göstərdiyini bildirib.

Qeyd edək ki, MQ-9 Reaper dronları turboprop mühərrikə malikdir, sürəti saatda 400 kilometrdən çoxdur. Tavan hündürlüyü 13 min metrə çatır. Maksimum uçuş müddəti 24 saatdır.
 
Ərhun

OXŞAR XƏBƏRLƏR

Rusiya 30 günlük atəşkəsə razı olmayıb - Səbəb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə razı olmayıb. Mətbuat katibi Dmitri Peksov bununla bağlı Putinin fikirlərini bölüşüb. Kreml sahi...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...