Ermənilər 3360 meyiti ekspertizadan keçirdi

Dünya
00:10 / 05.01.2021
11497
Müharibə başlayandan bəri məhkəmə-tibbi ekspertizanın əməkdaşları tərəfindən 3360 erməni meyiti və qalıqları üzərində aparılan araşdırma tamamlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan Feysbuk səhifəsində yazıb.
Torosyan bildirib ki, daha 2500 məhkəmə-genetik ekspertizası da aparılıb.
Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyi yanvarın 2-də Qarabağda məhv edilən 3330 erməni əsgərin meyiti üzərində məhkəmə tibbi ekspertizasının tamamlandığını açıqlamışdı.