İran Ukrayna təyyarəsində ölənlərin ailələrinə təzminat ödəyəcək

İran Ukrayna təyyarəsində ölənlərin ailələrinə təzminat ödəyəcək
İran Ukraynaya məxsus təyyarənin yanlışlıqla vurulması nəticəsində həlak olanların ailələrinə 150 min dollar məbləğində təzminat ödəyəcək.

Sfera.az xəbər verir ki, bu barədə İranın Nazirlər Kabineti qərar qəbul edib. Qərarda deyilir ki, kompensasiya həlak olanların milliyyəti və vətəndaşlığı nəzərə alınmadan bütün ailələrə ödəniləcək. Hadisə nəticəsində Ukrayna vətəndaşları ilə yanaşı, Kanada, Almaniya, Əfqanıstan, İsveç və İran vətəndaşları da həlak olub.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də "Ukrayna Hava Yolları”na məxsus "Boeng-737” sərnişin təyyarəsi yanlışlıqla iranlı hərbçilər tərəfindən raketlə vurulub. Nəticədə təyyarədəki ekipajla birlikdə 176 sərnişin həlak olub.

Rəsmi Tehran hadisəyə görə məsuliyyəti üzərinə götürərək Ukraynadan üzr istəyib və həlak olanların ailələrinə kompensasiya ödəməyə razılıq verib. (Modern.az)

OXŞAR XƏBƏRLƏR

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...