Azərbaycanda yeni poçt markaları - FOTO

Azərbaycanda yeni poçt markaları - FOTO

 

Bu gün Azərbaycan Memarlar İttifaqında təşkilatın 80 illik yubileyi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka” MMC tərəfindən nəşr edilmiş poçt markaları, suvenir vərəq və xüsusi markalanmış kitabın təqdimatı keçirilib.

Oxu.Az ictnews.az-a istinadən xəbər verir ki, tədbirdə nəfis dizaynda hazırlanan 12 növ poçt markası, 1 suvenir vərəq və 1 xüsusi markalanmış kitab iştirakçılara nümayiş olunub.

Markaların üzərində ayrı-ayrılıqda Əcəmi ibn Əbubəkr və Naxçıvandakı Möminə Xatun türbəsi, Mahmud ibn Saad və Bakıdakı "Bibi Heybət” məscidi, Kərbəlayı Səfixan Qarabaği və Şuşadakı "Gövhər ağa” məscidi, Zivər Bəy Əhmədbəyov və Bakıdakı "Təzə Pir” məscidi, İosef Qoslavski və Bakıdakı Şəhər Şurasının binası təsvir olunub.

Bundan başqa, İosif Ploşko və Bakıdakı Murtuza Muxtarovun sarayı, Məmməd-Həsən Hacınski və Bakıdakı Dənizkənarı Bulvar, Nikolay fon der Nonne və Bakıdakı Deburun Evi, Sadıq Dadaşov və Bakıdakı Nizami adına kinoteatr, Mikayıl Useynov və Bakıdakı Alimlərin Yaşayış Evi, Ənvər Qasımzadə və Bakıdakı İnşaatçılar prospektində yerləşən yaşayış kompleksi, Həsən Məcidov və Bakıdakı Muzey Mərkəzi kimi memarlıq nümunələrinin təsvirləri də markaların üzərində yer alıb.


 

 
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...