Ermənistan bu əməllərinə görə hüquqi məsuliyyət daşıyır - Misir portalı

Ermənistan bu əməllərinə görə hüquqi məsuliyyət daşıyır - Misir portalı
Misirin "Aldiplomasy” informasiya portalında Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan və bu ərazilərdə mülki obyektləri, infrastrukturu və tarixi-mədəni abidələri dağıdan Ermənistanın hüquqi məsuliyyətinə dair məqalə dərc edilib.

Sfera.az xəbər verir ki, məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad edərək təcavüzkar dövləti cəzalandırdığı diqqətə çatdırılır. Vurğulanır ki, uzun illər Azərbaycanın təbii sərvətlərini talayan, yaşayış məntəqələrini və infrastruktur obyektlərini dağıdan, məscidləri təhqir edən Ermənistan bu əməllərinə görə hüquqi məsuliyyət də daşıyacaq. Qeyd olunur ki, 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 155 faydalı qazıntı yatağı, o cümlədən Zəngilan və Kəlbəcərdə qızıl mədənləri ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib. Təxmini hesablamalar göstərir ki, Ermənistan işğal etdiyi hər bir Azərbaycan rayonuna 6-8 milyard dollar ziyan vurub. Ümumi zərər isə yüz milyardlarla ölçülür.

Məqalədə bildirilir ki, Birinci və İkinci Dünya müharibələrindən, habelə Körfəz müharibəsindən sonra vurulmuş zərərin təzminatla ödənilməsi təcrübəsi mövcuddur və Azərbaycan hökuməti də bunları əsas tutaraq beynəlxalq məhkəməyə müraciət edəcək.



OXŞAR XƏBƏRLƏR

Türkiyə Super Liqası klubu baş məşqçisi ilə yolları ayırıb

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Selçuk İnanla yolları ayırıb.   Sfera.az "Report"a istinadən ...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...