Bolqarıstanda Pfizer peyvəndinin dörd yan təsiri müəyyən etdi

Bolqarıstanda Pfizer peyvəndinin dörd yan təsiri müəyyən etdi
Bolqarıstanda  koronavirusa qarşı Pfizer/BioNTech preparatı ilə peyvəndə başladıqdan sonra 4 yan təsir faktı qeydə alınıb.
 
Sfera.az RİA.Novostiyə istinadən xəbər verir ki, bu haqda Dərman Agentliyinin direktoru Boqdan Kirilov məlumat verib. 

Bolqarıstanda peyvənd kampaniyasına dekabrın 27-də start verilib. Bazar ertəsinə qədər həkimlər və səhiyyə işçiləri də daxil olmaqla, təxminən 5000 nəfər peyvənd edilib. 

"Yan təsirləro qədər də ciddi deyildi, onları yaşamış insanlar artıq sağalıblar",- deyə Bolqarıstan Milli Radiosu Agentliyin rəhbərindən sitat gətirir. Mütəxəssis qeyd edibki, peyvənd olunanlardan  ikisi  ağrı hiss edib, üçüncü pasient  başgicəllənmədən şikayət edib, dördüncüsünün isə yüngülvarı qızdırması qalxıb.  

Bazar ertəsi, yəni bu gün Bolqarıstana Pfizer/BioNTech peyvəndinin 25 min dozadan ibarət ikinci partiyası gəldi. Səhiyyə Nazirliyinin rəhbəri Kostadin Angelovun sözlərinə görə, əhalinin kütləvi peyvəndlənməsi fevral-mart aylarında başlaya bilər. Hakimiyyət hamıdan əvvəl yaşlı insanları peyvənd etməyi planlaşdırır.


Tərcümə: Selcan


OXŞAR XƏBƏRLƏR