Türkiyədə zəlzələ oldu

Dünya
19:57 / 03.01.2021
4123
Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib.
Sfera.az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib.
Dağıntılar və ya tələfat barədə məlumat verilmir.