Rusiyalı aparıcı canlı yayımda intihar etdi

Rusiyalı aparıcı canlı yayımda intihar etdi
Rusiyada Novosibirsk sakini "VKontakte” sosial şəbəkəsində aparıcısı olduğu verilişin canlı yayımında intihar edib.

Sfera.az xəbər verir ki, 31 dekabrda saat 4 radələrində 40 yaşlı kişi aparıcı canlı yayıma qoşulub və 20 dəqiqəlik efirdən sonra həyatına son verib.

Bildirilir ki, son iki həftə ərzində aparıcı efirdə vida mesajını xatırladan şeirlər səsləndirirmiş.

Hazırda faktla bağlı araşdırma aparılır.
 
(apa)

OXŞAR XƏBƏRLƏR