Qızıl xeyli bahalaşdı
09:11 / 07.05.2016
1942
Amerika fond bazarında Dow Jones indeksi 0,45% - 17 740,63 bəndədək, S&P 500 0,32% - 2 057,14 bəndədək, NASDAQ 0,40% - 4 736,16 bəndədək artıb.
Sfera.az APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,14% - 6 125,70 bəndədək, Almaniya DAX-ı 0,18% - 9 869,95 bəndədək artıb, Fransa CAC-40-ı 0,42% - 4 301,24 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 21,70 dollar bahalaşaraq 1 294,00 dollara, gümüş isə 0,18 dollar artaraq 17,51 dollara satılıb.