Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçdi

Dünya
20:40 / 02.01.2021
10927
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 84 milyon nəfəri ötüb.
Sfera.az-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 84 084 024 nəfərə çatıb. Onlardan 1 829 683 nəfəri ölüb, 47 420 286 nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (20 138 931), Hindistanda (10 305 788) və Braziliyada (7 700 578) qeydə alınıb.