"Ölüm halları azalacaq" - Ərdoğan peyvəndləmədən danışdı

Dünya
00:44 / 01.01.2021
351
Almaniya və Rusiya ilə
COVID-19 peyvəndinin hazırlanması istiqamətində birgə işlərin aparılması ilə
bağlı danışıqlar davam edir. Hazırda Türkiyəyə üç milyon doza peyvənd gətirilib.
Peyvəndləmə işlərinin aparılması ilə koronavirusa yoluxma və bu səbəbdən ölüm
hallarının azalacağına inanırıq.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ötən il dünyada baş verən hadisələri dəyərləndirən Türkiyə Prezidenti 2020-nin bütün insanlıq üçün çətin keçdiyini bildirib.
Qeyd edilib ki, dünənki statistika ilə birlikdə bütün dünyada COVID-19-dan ölənlərin sayı 1 milyon 819 min olub.
"İnanırıq ki, alınan tədbirlərin nəticəsi olaraq 2021 bu sahədə bir geriləmə ili olacaq. Hədəfimiz ölkəyə 50 milyon doza peyvəndin gətirilməsidir. Bununla yanaşı, Almaniyadan da bir o qədər peyvəndin gətirilməsi müzakirə olunur”,-deyə Prezident Ərdoğan bildirib.