Ermənistan əhalisi kommunal xərcləri ödəməkdə ciddi problemlər yaşayır

Ermənistan əhalisi kommunal xərcləri ödəməkdə ciddi problemlər yaşayır
Ermənistan əhalisi kommunal xərcləri ödəməkdə ciddi problemlər yaşayır. Ölkə əhalisinin istehlak etdiyi təbii qazın haqqını ödəyə bilməməsi "Qazprom”u narahat edir.

 

Sfera.az bildirir ki, bu barədə "Qazprom Armeniya”nın baş direktoru Qrant Tadevosyan məlumat verib.


Onun sözlərinə görə, abunəçilər arasında təbii qazın haqqının ödənilməsində problemlər əsasən 2020-ci ilin noyabrında yaranıb. Əhali qrupu arasında istehlak olunan qazın pulunu ödəməmə halları artıb. "Qazprom Armeniya” ödəmələrin bərpa edilməsi üzərində hökumətlə işləyir.


Baş direktor ödəmələrlə bağlı konkret addımlardan çəkindiklərini bildirib. O, bunun səbəbini açıqlamayıb. Noyabr ayı üçün ciddi problemin yaşanmadığını bildirən Q.Tadevosyan dekabr və yanvar aylarında məsələnin daha da ciddiləşəcəyini istisna etməyib.


O deyib ki, Ermənistanda 2020-ci ilin noyabrında ödəməmə halları 2019-cu ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb. 2019-cu ilin noyabrında ev təsərrüfatlarının ümumi qaz xərclərinin 0,6 faizi ödənilmədiyi halda, bu göstərici 2020-ci ilin eyni dövründə 6,6 faiz təşkil edib. Müəssisələrdə isə bu göstərici 1,1 faizdən 1,6 faizə yüksəlib. 2019-cu ilin noyabrı ilə müqayisədə ev təsərrüfatları arasında ödənişdən yayınanların sayı təxminən 3320-dən 4600-ə yüksəlib.


Müəssisələrdə bu göstərici 1224-dən 1252-yə çatıb. Artım bu məsələ ilə əlaqədar məhkəmələrdə baxılan işlərin sayında da özünü göstərib. Belə ki, bu rəqəm artaraq 834-dən 1104-ə çatıb. /Azərtac



OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...