Komendant saatı uzadıldı - Fransada

Dünya
21:17 / 01.01.2021
6950
Fransanın
koronavirus pandemiyasından ən çox ziyan görən 15 departamentində komendant
saatının müddəti uzadılıb.
Sfera.az xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib.
Beləliklə, 2 yanvar tarixindən etibarən ölkədə komendant saatı saat 20:00-da deyil, yerli vaxtla 18:00-da başlayacaq. Bu tədbirlər əsasən Dənizkənarı Alplar, Myort və Mozel, Sona və Laura, Mozel departamentlərini əhatə edəcək.