Türkiyədə azərbaycanlı ailəsində dəhşətli qətl - FOTO

Türkiyədə azərbaycanlı ailəsində dəhşətli qətl - FOTO

Türkiyədə azərbaycanlı kişi həyat yoldaşını iki uşağının gözü önündə bıçaqlayaraq öldürüb.

Sfera.az anspress-ə istinadən bildirir ki, gecə saat 04:00 radələrində İstanbulun Üsküdar məhəlləsində yaşayan Bayram Məmmədov və Əsmər Quliyevanın ailəsində yaşanan söz-söhbət qətl hadisəsi ilə nəticələnib.

Ata həyat yoldaşını 8 və 10 yaşlı uşaqlarının gözü önündə qətlə yetirib. Müxtəlif bədən xəsarətləri alan Quliyeva hadisə yerində dünyasını dəyişib. Evdəki dava-dalaş haqqında polisə qonşuların xəbər verməsindən sonra kişi polis tərəfindən saxlanılıb.

Şübhəli Üsküdar Asayiş Şöbə İdarəsinə aparılıb, uşaqlar isə psixoloji yardım göstəriləməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Polis cinayətlə bağlı araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR