Xəstəxana və məktəb ərazisində siqaret çəkmək QADAĞAN EDİLDİ – Rusiyada

Dünya
19:30 / 01.01.2021
8092
Rusiyada
yanğına qarşı qaydaların yeni redaksiyasına uyğun olaraq tibb müəssisələri,
ticarət məkanları və təhsil müəssisələri ərazisinə siqaret çəkilməyə qoyulan
qadağa yanvarın 1-dən qüvvəyə minib.
Sfera.az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə qeyd edilir ki, anbar və bazalar, taxıl qəbulu məntəqələri və çəmənlər, səhiyyə və təhsil müəssisələri, nəqliyyat, ticarət məntəqələri, tez alışan maddələrin emalı müəssisələri, yanacaq və qaz obyektləri, partlayıcı maddə istehsalı müəssisələri və yanma təhlükəsi olan sahələrdə siqaret çəkilməsi qadağandır.
Qaydalar 2026-cı il dekabrın 31-dək qüvvədədir.