“Sinovac” vaksininin Çində qadağan olduğu ilə bağlı iddialara SƏFİRDƏN REAKSİYA

“Sinovac” vaksininin Çində qadağan olduğu ilə bağlı iddialara SƏFİRDƏN REAKSİYA

Çinin Türkiyədəki səfiri Cui Vei istehsal etdikləri peyvəndinin tətbiqinə qoyulan qadağa barədə yayılan məlumata münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, o, "Sinovac” vaksininin Çin daxil olmaqla əksər ölkələrdə vurulmasına mane törədilmədiyini qeyd edib:


Səfir yayılan məlumatların əsassız olduğunu söyləyib: "Çində "Sinovac” vaksini daxil olmaqla koronavirusa qarşı bir neçə peyvənd tətbiq olunur. Onun istifadəsinə qadağa yoxdur. Vaksin dekabrın ortalarından etibarən Çində tətbiq olunmağa başlayıb. İndiyədək mənfi təsiri də olmayıb. Sözügedən peyvənd Türkiyəyə də gətirilib”. /Qafqazinfo


OXŞAR XƏBƏRLƏR