Türkiyəli alimlərdən daha bir ilk: 10 saniyədə koronavirus diaqnozu

Maraqlı
18:48 / 01.01.2021
9126
Türkiyəli alimlər bir ilkə imza ataraq, koronavirusu 10 saniyədə müəyyən edə bilən diaqnostik sistem icad ediblər.
Sfera.az xəbər verir ki, sistem Bilkent Universiteti Milli Nanotexnologiya Tədqiqat Mərkəzində türk tədqiqatçıları tərəfindən hazırlanıb.
"Diaqnovir" adlı sisteminəsas özəlliyi odur ki, 10 saniyədə 99 faiz etibarlılıqla koronavirus diaqnozu qoyabilir.
Təkcə ağızdan alınan yaxma ilə aparılan test həm daha ucuza başa gəlir, həm də xəstəliyin ilk günündə belə düzgün diaqnoz qoyulmasını təmin edir.
Jalə Mehdi
Sfera.az