Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Son 24 saat ərzində 536 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 57 555 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 186 336 nəfər koronavirusa yoluxub. İndiyədək 2 580 138 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 990 nəfərdə "COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 228 410-a çatıb.
Ölkədə sutka ərzində daha 23 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2528-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 214 992 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 329 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb. Daha 5 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 828-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 143 355 nəfərdir.