Rusiyada sutka ərzində 536 nəfər koronavirusdan ölüb

Dünya
14:30 / 01.01.2021
7058
Bu ilin ilk
günündə Rusiyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 27 min 39 nəfər
artaraq 3 milyon 186 min 336 nəfərə çatıb.
Sfera.az-ın xəbərinə görə, bu barədə bu ölkədəki Operativ Qərargah məlumat yayıb.
Sutka ərzində Rusiyada koronaviursa yoluxmuş daha 536 nəfər həyatını itirib. Bununla da ölkədə COVİD-19-a yoluxma nəticəsində ölənlərin sayı 57 min 555 nəfərə çatıb.