Peyvənd olunan 428 nəfər koronavirusa yoluxdu

Dünya
13:00 / 01.01.2021
6853
İsraildə peyvənd olunan 428
nəfər koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, ölkədə "Pfizer" və "BioNTech"in peyvəndi vurulan 428 nəfərdə koronavirus aşkarlanıb.
İsrail Səhiyyə Nazirliyindən bununla bağlı verilən açıqlamada bildirilib ki, onların bəziləri peyvənddən əvvəl yoluxub.
Qeyd edək ki, İsraildə kütləvi şəkildə peyvəndləmə kampaniyası çərçivəsində 500 mindən çox insana koronavirus vaksini vurulub.
Jalə Mehdi
Sfera.az