Tanınmış meyxanaçı həbs edildi

Tanınmış meyxanaçı həbs edildi

Ötən gün saxlanması barədə məlumat yayılan məşhur meyxanaçı Mahir Cürət barəsində həbs qətimkan tədbiri seçilib.

Sfera.az anspress-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə, meyxanaçı Corat qəsəbəsində saxlanılan zaman onun üzərindən narkotik vasitə hesab olunan heroin çıxıb və Mahir Cürət də ilkin dindirilmə zamanı günahını etiraf edib:

"O, ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Ötən gün onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib".

Tanınmış meyxanaçı Mahir Cürət may ayının 3 də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və  onun üzərindən narkotik vasitə götürülüb. Onun Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasnda saxlandığı bildirilirdi.

Mahir Cürətin sənət yoldaşı Namiq Məna da onun həbs ediliyini təsdiq etmiş, lakin hansı səbəbdən saxlandığını bilmədiyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...