İŞİD Qroznıda hücuma görə məsuliyyəti üzərinə götürdü

İŞİD Qroznıda hücuma görə məsuliyyəti üzərinə götürdü
İŞİD terror qruplaşması Çeçenistan Respublikasının paytaxtı Qroznıdakı hücuma görə məsuliyyəti üzərinə götürüb.


Sfera.az xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.


Məlumata görə, bazar ertəsi Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, bıçaqla silahlanmış iki terrorçu Qroznıda post patrul xidməti əməkdaşlarından silahı almağa çalışıblar. Nəticədə bir polis əməkdaşı həlak olub, digəri yaralanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

 

Hücum edənlər zərərsizləşdirilib. Kadırovun sözlərinə görə, onların şəxsiyyətləri müəyyənləşdirilib – bunlar İnquşetiya sakinləri Həsən və Hüseyn adlı qardaşlardır. Onlar 2012-ci ildə Çeçenistan Respublikasına köçüblər və çörəkbişirmə sexində işləyiblər.

 


OXŞAR XƏBƏRLƏR