Yəməndəki partlayış: Ölənlərin sayı artdı

22:14 / 30.12.2020
7709
Yəmənin paytaxtı Ədən şəhərinin hava limanında bu gün baş vermiş partlayış və silahlı hücum nəticəsində ölənlərin sayı 22-yə, yaralıların sayı isə 50-yə çatıb.
Sfera.az xəbər verir ki, hələlik bu hücumun məsuliyyətini heç kəs üzərinə götürməyib.
Rəsmi məlumata görə, daha bir partlayış hava limanından təxliyə olunan rəsmi şəxslərin yerləşdirildiyi hökumət iqamətgahının yaxınlığında baş verib. Hadisə yerinə hərbçilər və təhlükəsizlik qüvvələri cəlb edilib.