"Orxanı həbsdən Ağadadaş Ağayev qurtarıb" - Əli Mirəliyevdən yeni iddia

"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Orxanın öz işi məhkəmədədir. Bəs Vüqar Bəkirov, Mehriban Hüseynova niyə həbsxanadadır?".
Sfera.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onu məhkəməyə verəcəyi haqda sözlərinə cavab verərkən səsləndirib. Mirəliyev bildirib ki, sonuncu dəfə Orxan Nadirovun azad olunması üçün İlhamə Quliyeva həmkarı Ağadadaş Ağayevdən xahiş edib:
"Bu adam İlhamə xanımla hansı deputatın, məmurun evinə gedibsə, hamı elə bilib ki, bu, oğludur. Ona görə inanıblar. Axırıncı dəfə Orxanla Vüqarı Binəqədi polisi saxlayanda bildiyimə görə İmişlidən kiməsə pul atmışdılar. Rəhmətlik zəng vurub Ağadadaş Ağayevə deyib ki, onların azad olunmasına kömək etsin. Ağadadaş da zəng vurub buraxdırıb. Bu adam peşəkar dələduzdur, uşaqlığında İlhamənin evindən nə qədər şeylər oğurlayıb. Hamısını özü mənə danışırdı. Heç yerdə işləmir, hardan qazanır, hardan xərcləyir".
Xatırladaq ki, Orxan Nadirov mətbuata açıqlamasında Əli Mirəliyevi məhkəməyə verəcəyini bildirmişdi.

OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...