Ulu öndərin xatirəsi “Unudulmaz” filmi ilə yad olunacaq

Ulu öndərin xatirəsi “Unudulmaz” filmi ilə yad olunacaq

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Nizami Kino Mərkəzində "Unudulmaz” sənədli filminin təqdimatı keçiriləcək.

 

Publika.az xəbər verir ki, mayın 10-da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə LİDER  televiziyasının çəkdiyi "Unudulmaz” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

 

"Unudulmaz” filmi mərhum prezidentin Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində olduğu günlərə həsr edilib. Azərbaycan tamaşaçısının indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla zəngin olan bu filmdə ulu öndərin həkimlərindən özəl müsahibələr və digər maraqlı məqamlar yer alıb.

 

Jurnalist Elnur Niftəliyevin müəllifi olduğu bu filmdə Azərbaycan tamaşaçısı Heydər Əliyevin həyatındakı Klivlend səhifəsi ilə tanış ola biləcək.

 

Tədbir Nizami Kino Mərkəzində – saat 12:00-da başlanacaq.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...