Türkiyə səfiri ermənilərlə üz-üzə - FOTOLAR
Cəmiyyət
15:35 / 06.05.2016
937
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun erməni silahlı birləşmələrinin son günlər atəşə tutduğu Tərtər rayonuna səfər edərək orada yaşayan dinc sakinlərlə görüşüb.
Bu barədə Publika.az-a Türkiyə səfirliyindən məlumat verilib. Məlumata görə, Alper Coşkun evləri düşmənin atəşindən zərər çəkmiş ailələrlə bir araya gəlib.
O, sakinlərlə söhbətində erməni silahlı birləşmələrinin son vəhşiliklərindən təəssüf hissi keçirdiyini bildirib və şəhid ailələrinə başsağlığı verib.