Ulu Öndər Heydər Əliyevə həsr olunan atıcılıq çempionatının qalibləri mükafatlandırılıb — FOTO

Ulu Öndər Heydər Əliyevə həsr olunan atıcılıq çempionatının qalibləri mükafatlandırılıb — FOTO

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil etdiyi "QHT-lər arasında atıcılıq çempionatı"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Şuranın mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, çempionatda QHT-lərin Azəri Yurdu gənclərin İctimai Birliyi, Bakı Gənclər Klubu, Sağlam Düşüncə gənclər İctimai Birliyi, İstedadlı Əlillər İctimai Birliyi, Konstitusiya Araşdırmalar Fondu və Binəqədi rayonu İcra Hakimiyyəti, Bələdiyyə, Gənclər, YAP və Veteranlar komandaları iştirak ediblər.

Başlanğıc, yarımfinal, final olmaqla 3 mərhələ üzrə keçirilən yarışda I yeri Veteranlar, II yeri YAP, III yeri isə İstedadlı Əlillər İctimai Birliyi komandası qazanıb. Çempionat qaliblərinin mükafatlandırılması mərasimində Şura sədri, millət vəkili Azay Quliyev və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak ediblər. Mərasimdə çıxış edən A.Quliyev və X.İsgəndərov bu cür çempionatların keçirilməsinin vətəndaşların, xüsusilə gənclərin vətənpərvərlik hissinin güclənməsində, hərbi hazırlıq səviyyəsinin artırılmasındakı rolunun əhəmiyyətini vurğulayıblar.

Mükafatlandırma mərasimindən sonra A.Quliyev və X.İsgəndərovun iştirakı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüş keçirilib. Şura sədri müasir Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin əsaslarını möhkəm özüllər üzərində qurduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini deyib. Şura sədri ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq gənclərin daima bu irsə böyük ehtiram və sədaqətlə yanaşdığını qeyd edib.

A.Quliyev Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqəti və qayğısı ilə bağlı şahidi olduğu hadisələr haqqında xatirələrini də gənclərlə bölüşüb.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov çıxışında ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən bəhs edib. X.İsgəndərov müasir dövrdə gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğıyla əhatə edildiyini və onların gələcək həyatlarını ümummilli liderimizin tövsiyələri istiqamətində qurmalı olduğunu vurğulayıb.

Görüşdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi Tanıyaq" layihəsi çərçivəsində Naxçıvana edilən I və II tur tanışlıq səfərinin iştirakçısı olmuş Binəqədi rayon məktəblərinin şagirdlərinə serfikatlar təqdim edilib. Məktəblilər onların ölkəmizin müxtəlif guşələri ilə əyani tanışlığı üçün yaradılan şəraitə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

Daha sonra gənclər onları maraqlandıran suallarla qonaqlara müraciət edib və görüş diskussiya formasında davam etdirilib.

Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

Ölkə.Az



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...