Parlamentdə Türkiyə ilə viza rejiminin ləğvini təklif etdilər

Parlamentdə Türkiyə ilə viza rejiminin ləğvini təklif etdilər

 

Türkiyə və Azərbaycan arasında viza sistemi ya ləğv olunmalı, ya da vizada nəzərdə tutulan müddət uzadılmalıdır.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sazişin təsdiq edilməsi barədə müzakirələrdə çıxışı zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib. 

S.Novruzov bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:

"Son hadisələr də bunu göstərdi ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyir”.

S.Novruzov qeyd edib ki, xüsusən 3 aylıq vizadan Naxçıvan əhalisi əziyyət çəkir:

"Türkiyədə işləyən Naxçıvan sakini 3 aydan bir Naxçıvana geri qayıtmalıdır. Belə çıxır ki, işlədiyini də yol xərcinə verməlidir. Heç olmasa, ilkin mərhələdə Naxçıvan sakinləri üçün bu viza sistemi ləğv olunmalıdır”. 

Sədr Oqtay Əsədov isə bildirib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...

Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətində...