Azərbaycan ordusu blindajı erməni əsgərlərinin başına uçurdu, 2-si öldü

Azərbaycan ordusu blindajı erməni əsgərlərinin başına uçurdu, 2-si öldü

 

Azərbaycan ordusunun endirdiyi minomyot zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki mövqelərindən birində blindaj əsgərlərin başına uçub, 2 düşmən əsgəri ölüb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hraparak.am saytı  ("Qraparak” qəzetinin saytı) yazır.

Blindajda ölən erməni hərbçiləri Koryun Arutyunyan və İqor Akopyandır. Akopyan Ermənistanın Geqarkunik vilayətinin Getaşen kəndindəndir. Kənd administrasiyasının rəhbəri Rubik Qukasyan bildirib ki, 19 yaşlı Akopyan mayın 3-də ölüb. Müdafiə Nazirliyi əsgərin "blindajın uçması nəticəsində öldüyünü” valideyinlərinə çatdırıb. İnsident Qarabağdakı erməni mövqelərindən birində baş verib.

Blindajda ölən digər əsgər, 19 yaşlı Koryun Arutyunyan isə Geqarkunik vilayətinin Qeqamsar kəndindən hərbi xidmətə çağırılıb, Azərbaycanın işğal altındakı ərazilərinə göndərilib. Kənddə danışırlar ki, blindaj Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində uçub, bu vaxt blindajda 4 əsgər olub. Onlardan qalan ikisi yüngül zədə alıb.

Ermənistan Müdafiə Nazirliyi bu insident barədə susub. Mayın 4-də Ermənistanın İstintaq Komitəsi insident barədə aşağıdakı qısa məlumatı yayıb:"Mayın 3-də, gecə yarısına yaxın N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular İqor Akopyanın və Koryun Arutyunyanın cəsədləri tapılıb. Vizual baxış zamanı onların cəsədi üzərində güllə, qəlpə yaraları, zorakılıq əlamətləri aşkar edilməyib. İnsidentlə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”.


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...