Yeni ildə yeni problemlər... – ÜST sədri bədbin danışdı

Dünya
11:00 / 29.12.2020
1256
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom
Qebreisus 2021-ci ildə dünyanın koronavirus da daxil olmaqla, yeni problemlərlə
qarşılaşacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni ildə yeni problemlər gözlənilir, məsələn, COVID-19-un fərqli formaları. Bundan başqa, o qeyd edib ki, pandemiyadan bezmiş insanlara yardım göstərilməlidir.
ÜST rəhbəri dövlətləri BMT və digər ölkələrlə epidemioloji məlumat mübadiləsi aparmağa çağırıb.