Təhlükə: Bakıda bu yerlərdən ət almayın!

Təhlükə: Bakıda bu yerlərdən ət almayın!

 

"Hazırda paytaxtda "8-ci km bazarı” və "Təzə Bazar”da ölü heyvanların və mənşəyi məlum olmayan ətlərin satışı həyata keçirilir”.

Sfera.az xəbər verir ki, bu barədə azVision.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, bölgələrdən Bakıya gətirilən mənşəyi məlum olmayan ətlərdən kiçik kolbasa sexlərində və dönəxanalarda istifadə olunur: "Dönərxanaların 85%-i ətləri standartlara cavab verməyən yerlərdən alır. İki il öncə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi dönərxanalarla bağlı standartlar hazırladı və həmin yerlərə dönərləri gətirən müəssisələr müəyyən olundu. Halbuki, hazırda 85% dönərxanalar əti həmin yerlərdən almırlar”. 

E.Hüseynovun sözlərinə görə, dönərxanalarla yanaşı şadlıq saraylarına və restoranlara da mənşəyi məlum olmayan və ölü heyvan ətləri gətirilir.

"Üç il öncə leş əti satan şəxslərdən biri Azad İstehlakçılar Birliyinə gəlmişdi. Həmin şəxs etiraf etmişdi ki, dönərxanalar, şadlıq evləri və restoranlar keyfiyyətsiz ət məhsuları alır. Hazırda bu kimi faktlar araşdırılmalıdır”. 

AİB rəhbəri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mənşəyi məlum olmayan ətlərlə bağlı keçirilən əməliyyatların müsbət hal olduğunu vurğulayıb.

"Nə üçün Baytarlıq İdarəsi neçə illərdir bu məsələdə passivlik nümayiş etdirir? Bütün bu proseslər yerli icra hakimiyyətləri orqanları, sahə müvəkillərinin gözü qarşısında baş verir. 

İctimai nəzarət güclü olmasa bu problemin qarşısını almaq mümkün olmayacaq. Daxili İşlər Nazirliyinin apardığı işlər çox zəruridir. Onlar ardıcıl zəruri işləri görürlər. Düşünürəm ki, burada dini liderin də əhaliyə mesaji lazımdır. Bu cür ətlərin günah, ziyan olduğu ictimaiyyətə çatdırılmalıdır. Leş yığanlar şəbəkəsi var və hələ də fəaliyyətlərini davam etdirilər”.


OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...